“Gənc əsgərlərin çoxu yaxın təmas döyüşündə şəhid olmayıb”

2022-09-15 17:40:00

“Gənc əsgərlərin çoxu yaxın təmas döyüşündə şəhid olmayıb”

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların arasında gənc əsgərlərin də olması ictimaiyyətin diqqətini çəkib.

Hurriyyet.az xəbər verir ki, məsələyə hərbi ekspert Heydər Mirzə də münasibət bildirib.  

O feysbukdakı paylaşımında qeyd edib ki, döyüşlərdə artilleriyadan çox istifadə olunub: “Düşünürəm ki, düşmən bizim arxa eşelonlarımızda olan bəzi hissələrimizə zərbələr endirə bilib. Gənc heyət itkiləri də bu səbəbdən ola bilər.

Təəssüflər olsun ki, düşmən buna imkan tapa bilib, kəşfiyyatı da işləyib. Amma məndə olan məlumata görə, gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar”. (Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143425