“GƏMİQAYA” ŞİRKƏTİNİN KEÇMİŞ ƏMƏKDAŞI RƏHBƏRLİKDƏN ŞİKAYƏTÇİDİR – “Bizi qul kimi, fasiləsiz işlədirdilər, amma…”

2023-03-09 12:59:00

“GƏMİQAYA” ŞİRKƏTİNİN KEÇMİŞ ƏMƏKDAŞI RƏHBƏRLİKDƏN ŞİKAYƏTÇİDİR – “Bizi qul kimi, fasiləsiz işlədirdilər, amma…”

Naxçıvan Muxtar Respublikasının sakini Məmmədon Akif Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işlədidyi “Gəmiqaya” şirkətinin rəhbərliyindən narazılığını bildirir.

“Mən, Məmmədov Akif Vəli oğlu, 2007-ci ildən “Gəmiqaya” şirkətində mühafizəçi vəzifəsində işləmişəm. Orada bizi qul kimi, saat 20:00-dan 08:00-a kimi fasiləsiz işlədirdilər.

13 il orada davamlı işlədim. Əmək haqqım 330 manat idi. Ayın hər gününü işlədiyim üçün əmək haqqımda artım olmalı idi. Amma mən artım olan 150 manatı heç vaxt almamışam.

Həmçinin, bu 13 il müddətində heç vaxt məzuniyyətə də çıxmamışam. Təkcə məndən kəsilən pullarla nə qədər vəsait edir.

Mühafizə otağı çox balaca, dar idi, içərisində hərəkət etmək olmurdu. Ayaqlarımız keyləşirdi. Bu otağı Tikinti naziri Asəf Məmmədov gördüyü zaman əmr vermişdi ki, otaq dəyişdirilsin. Amma məhəl qoyan olmadı.

Bu vəziyyət məni canımdan etdi, 2021-ci ildə əməliyyat oldum, əməliyyat kağızımı iş yerində qəbul etmədilər ki, sən bizə lazım deyilsən, xəstəsən, belə işləyə bilməzsən. Başa düşmədim ki, hər əməliyyat olan adam yararsız hesab olunur?!

2022-ci ildə cənab Fuad Nəcəfliyə məktub yazıb, vəziyyətim barəsində onları məlumatlandırdım. Ali Məclisdən məktubum Respublika Prokurorluğuna göndərilib. Orada araşdırmalar zamanı aydın olub ki, “Gəmiqaya” şirkəti qanunsuzluğa yol verib. Mənim artıq işlədiyim ortaya çıxmışdı. Daha sonra mən Naxçıvan mediasiyasına 50 manat dövlət rüsumu ödədikdən sonra şirkətdən bir nəfər çağırtdırdım. Şirkətin nümayəndəsi Səfiyar Abışov məni yola gətirmək və yaxud da başından etmək niyyəti ilə deyir ki, sən gərək 2022-ci ildə müraciət edərdin. Mən ona bildirdim ki, cənab Fuad Nəcəfliyə və Ali Məclisə müraciət etmişəm. Mənə deyirlər ki, bu sübut deyil. Başa düşə bilmirəm, əmək kitabçamda işə girmə və çıxma vaxtlarım, dövlət aktım var, bunlar necə ola bilər ki, əsassız sayılır?

Bu şirkətin başında olan türk vətandaşı Vulkan bəyə gedib şikayəti deməyə qorxurlar.

Sizdən xahiş edirəm, mənə köməklik edin, problemim həll yolunu tapsın, haqqım tapdalanmasın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177878