Gəmidə həkim olaraq çalışan Tural itkin düşdü
2025-10-25 12:11:00
Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovun itkin düşdüyü deyilir.
Hurriyyet.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Paylaşımda bildirilib ki, o, 27 gündür itkin düşüb. Qeyd edilir ki, Turalın atası da həkim olub, avqust ayında o, 33 yaşını qeyd edib, sentyabrda isə "Xəzər onu alıb".
Tural Sultanovun itkin düşməsi ilə əlaqədar aidiyyəti qurumlara sorğular ünvanlanıb.
