Saat:08:19
Haqqımızda

GƏLİN MÜSƏLMAN OLAQ! – Şamil yazır

2023-01-28 11:42:00

GƏLİN MÜSƏLMAN OLAQ! – Şamil yazır

Çox təəssüf ki, bir çoxumuz bilərəkdən, ya da bilməyərəkdən özümüzü müsəlman adlandırdıgımıza baxmayaraq, Allaha hələ də şərik qoşuruq. Məhəmməd peyğəmbərin insanlara  göndərilmiş olan sonuncu Elçi, ona verilən Qurani-Kərimin də sonuncu kitab oldugunu bildiyimiz halda, nədir bu itaətsizlik bizdə?!

Həzrəti Hüseyin, bəlkə də gələcəkdə övladlarının adından istifadə edib Allaha şirk hərəkətlərə yol verəcəyimizi hiss edib, bütün sevdikləri ilə ölümün üzərinə dik yürüdü. Təməlini Müaviyə və meymun oynadan oğlunun qoyduğu islamdakı ikitirəliyin sabah ona, yüzə dönüşəcəyini qabaqcadan bilirmiş sanki, müqəddəsimizin sevimli nəvəsi. Allahın Rəsuluna belə, məlum olmayan qeyb aləminə, sonralar nəslindən olan Mehdi adlı uşağın gedib, qiyamət günü yenidən gəlib nizam-intizam yaradacağını iddia etmək Allahın kəlamlarına qarşı çıxmaq deyil də, nədir?! Peyğəmbərimizin əzab-əziyyətlə bir din, bir rəhbər halında birləşdirdiyi ümmətini Şiələr, Sünnilər, Ələvilər, Fatimilər, Cəfərilər, Sufilər, Xaş-xaşilər, Vəhabilər deyilən parçalara ayırmaq, birini o birinə şəhid adı altında qırdırmaq onun sözündən çıxmaq deyil də, nədir?!

Özümüzdən uydurduğumuz hədislər, qalaq-qalaq risalələr, siğə qanunları, pirlər, ocaqlar müqəddəs Quranımızın kəlamlarını heçə sayıb yandırmaq deyil də, siz deyin, nədir?!

Allahımızı təhqir edənlərin, Elçisinin karikaturasını çəkənlərin,k itabını yandıranların sayının günü-gündən artmasına bizim dinsiz əmməllərimiz rəvac vermirmi, görəsən? Üst-başımızı cırmağımızdansa, öz əməllərimizə diqqət etməkdədir bəlkə fayda? Bir müsəlman qonşumuzun güclənməsini xor görmək, ayağından dartmaq, onu dava-dalaşa sürükləməkdirmi Quranda bizə görünən İslam?! Qara geyinib, hər şeyə qara baxmaq, qara düşünmək, qara satmaq, qara yaxmaq, qaralamaqdır bəlkə ağ-appaq İslam?!

Azərbaycan İslam ölkəsi deyil, Müsəlman ölkəsidir! » Djb.az

Müsəlman qardaşının evinin yağmalanmasından, namusunun yerlə-bir olmasından, özünün rəzil dilənçi halına düşməsindən mənafeyin üçün istifadə etməkdir, bəlkə müsəlmançılıq?!

Yox, əsla! Oxuduğum Qurana görə, dindaş dediyinin qanını tökəni qucaqlamağın, evinin üst köşəsində oturtmağın, Yezidin bəzədiyi əl meymunu kimi al-əlvan bəzəyib müqəddəslərimizin uyuduğu yerləri gəzdirməyin, ərazisinə soxulub Elçisinin nümayəndəsini şəhid etməyin bir çox mənfur adı var: şeytan, xain, satqın, cəllad, qaniçən!

Bunlara qarşı mübarizə aparıb, bu yolda ölənin isə bir adı var: ŞƏHID!

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR