Gəlinini qətlə yetirən kişi öz arvadını da bıçaqlayıbmış

2022-08-23 12:37:00

Gəlinini qətlə yetirən kişi öz arvadını da bıçaqlayıbmış

Ötən gün Daşkəsən rayonunda gəlinini qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin digər cinayət əməlləri də üzə çıxıb.

Hurriyyet.az Unikal-a istinadən xəbər verir ki, Bayan kənd sakini olan M.Mirzəyev bir neçə il öncə öz evində həyat yoldaşı Gülöyşə Mustafayevanı bıçaqlayıb, oğlunu isə ölümcül döyüb. Buna baxmayaraq, G.Mustafayeva xəstəxanada müalicə olunaraq sağalıb və onlar birlikdə yaşamağa davam ediblər.

M. Mustafayev isə bu əməlinə görə bir müddət məhkumluq həyatı yaşayıb. Onun, həmçinin psixoloji problemlərinin olduğu bildirilir.

Qeyd edək ki, Məhəmmədəli Mustafayev ötən gün Bayan kəndindəki evində gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı əmlak bölgüsünə görə yaranan münaqişə zəmnində qətlə yetirib. Həmin zaman cinayətkarın həyat yoldaşı və oğlu da evdə olub. O, cinayəti törətmək üçün həyat yoldaşını bazara göndərib. Oğlunu (Nəzakət Həsənovanın həyat yoldaşı) isə kənd ərazisində gəzintiyə çıxmağa məcbur edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.097148