Saat:04:56
Haqqımızda

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

2024-03-28 15:56:01

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. 

Bu barədə Ali Məhkəmənin “Ər və arvadın əmlaklarının bölünməsi” ilə bağlı Plenum qərarında əks olunub.

Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəyə edilmiş hədiyyələr istisnadır. Belə ki, onlar ümumi əmlak hesab edilir.

Amma ayrıca verilmiş hədiyyə şəxsin özününkü sayılır. Məsələn, nişanda bəyin qohumu gəlinə qızıl və ya başqa hədiyyə veribsə və cütlük gələcəkdə boşanarsa, həmin hədiyyələr gəlinin öz əmlakı sayılacaq.

bizimxeber.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195054