Gələn ay əsgər gedəcəkdi, dənizdə batdı - Foto

2022-06-22 09:40:00

Gələn ay əsgər gedəcəkdi, dənizdə batdı - Foto

Abşeronun Novxanı kəndində 20 yaşlı Səfər Niftaliyev dənizdə batıb.

Hurriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə iyunun 20-də baş verib.

Hadisədən sonra dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, S.Niftaliyev Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin sonuncu kurs tələbəsi olub. Əslən Ağsudan olan Səfər, gələn ay hərbi xidmətə yollanmalı idi. Dənizdə batan gənc təhsil aldığı kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya