Saat:02:34
Haqqımızda

Gələcəyimizi ürəyi daima bu vətən üçün döyünənlərin əlinə verək! – ŞAMİL YAZIR

2023-02-05 10:53:00

Gələcəyimizi ürəyi daima bu vətən üçün döyünənlərin əlinə verək! – ŞAMİL YAZIR

Balabəy Ağayev! Bu, Fransada keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışında böyük işlər görən idmançımızın ismidir.

Azərbaycanımızı qoruyan, adını daima yüksəklərə qaldırmağa çalışan hər bir kəsə sevgimiz sonsuz, alqışımız daimidir!

Bütün sahələrdə millətimin balalarına şərait yaradıb, bala-bala irəli getmələrinə maraqlı olsaq, möhtəşəm bir gələcəyin uzaqda olmadıgına əmin ola bilərik. Fərq etməz, ucqar Lerikdən, yoxsa paytaxt Bakıdan olsun, o balamız yetər ki, istedadlı olsun, yetər ki, istedadıyla “Azərbaycan” deyilən evimizin möhkəmlənməsində əlindən gələni əsirgəməsin. Belə balalarımız hansı sənətdə olursa-olsun, fərq etməz, bənna, suvaqçı, rəssam, xalçaçı da ola bilər, yetər ki, hördüyü daş, vurduğu suvaq bərk olsun, evimizin ayaqda durmasına, möhkəmlənməsinə qulluq etsin. Çəkdiyi rəsm, toxuduğu xalça, gözəlliyinə gözəllik qatsın ölkəmizin, görəni valeh etsin. Biz də qürür yerimiz olan üc rəngli bayrağımızı Avropa musiqi festivalında lüt ayağıyla tutanlara deyil, həmin Avropanın göbəyində, əsgərimin rəşadətinə kölgə salmaq istəyən Fransada, iradəsi hesabına himnimizi elə onların özlərinə oxutdurub, bayrağımızı qaldırmağa məcbur edən bu kimi Balabəylərimizə, Kiçikxanımlarımıza etibar edək.

Gələcəyimizi əliyalın silahlı terroristi zərərsizləşdirənlərin, ürəyi daima bu vətən üçün döyünənlərin əlinə verək. Evini Azərbaycan deyil, bütün Azərbaycanı evi görənlərin, uğrunda müharibə edənləri “birinci”, “ikinci” adlandırıb yazanların, bölənlərin, küsdürənlərin yox, bütövlüyü uğrunda hər zaman ölməyə hazır olanların əlinə! Sonra da bax, gör o balaların nə xariqələr yaradır sənin üçün, Şanlı Vətən!

Fəxr et balalarınla, bəylərinlə, xanımlarınla Azərbaycan! Azərbaycan!

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR