"Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

2022-08-23 11:02:00

"Qardaş ölkə öz geosiyasi ambisiyaları ilə dostlarını sevindirir, düşmənlərinə isə gözdağı olur"

Türkiyənin Rusiya ilə münasibətləri Türkiyə-Qərb münasibətlərinə böyük zərbələr endirib. Bunun kökündə ABŞ-Türkiyə münasibətlərində olan ziddiyyətləri axtarmaq lazımdır. Bu sözləri politoloq İlyas Hüseynov "Hürriyyət"ə açıqlamasında bildirib.

Onun bildirdiyinə görə, Türkiyə dünya iqtisadiyyatının çox güclü elementini təşkil edir və iqtisadiyyatla yanaşı, müdafiə sənayesi və təhlükəsizlik sahəsində də böyük bir coğrafiyada təhlükəsizliyi təmin edir: "Bu baxımdan, qardaş ölkə öz geosiyasi ambisiyaları ilə öz dostlarını sevindirir, eləcə də düşmənlərinə gözdağı olur. Odur ki, Türkiyənin öz milli maraqları kontektsində atdığı addımlar dünya tərəfindən diqqətlə izlənilir. Türkiyə NATO-nun etibarlı üzvü kimi böyük bir geosiyasi arealda təhlükəsizlik arxitekturasının qorunmasında var gücü ilə çalışır. Eyni zamanda, NATO ilə ziddiyyətlərilə seçilən Rusiya ilə də çox yaxşı münasibətləri var. Bu münasibətlər siyasi, iqtisadi, humanitar, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Artıq iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, burada Rusiya-Türkiyə münasibətləri çərçivəsində əməkdaşlıq qurulmasın. Lakin Türkiyənin Rusiya ilə yaxınlaşması, eləcə də S-400 zenit-raket komplekslərinin alınması Qərb ilə münasibətlərə böyük zərbə endirib. Bunun kökündə məhz ABŞ-Türkiyə münasibətlərində olan ziddiyyətləri axtarmaq lazımdır. Türkiyə tərəfi katler raketlərinin alınması, eləcə də F-35 qırıcılarının birgə istehsalı ilə bağlı razılıq əldə olunduqdan sonra ABŞ bu razılıqdan birtərəfli qaydada çıxdı. Türkiyənin artıq seçim imkanı qalmadı. Türkiyə S-400-ləri almaqla öz hava məkanının təhlükəsizliyini qorumaq məcburiyyətində idi. Lakin S-400-lərin alınması Türkiyə iqtisadiyyatına böyük zərbə vurdu. Həm lirənin dəyər itirməsi, həm iqtisadiyyata qarşı təzyiqlər, eləcə də Türkiyə iqtisadiyyatını davamlı sanksiya və təzyiq altında saxlamaq təhdidləri Türkiyə-Qərb münasibətlərinədə böyük zərbə vurdu".

Politoloq əlavə edib ki, Türkiyə hazırda Rusiya-Ukrayna müharibəsi fonunda da öz sülh çağırışları ilə təhlükəsizliyin gücləndirilməsinə yönəlir, addımlarıyla seçilir: "Həm taxıl dəhlizinin formalaşdırılması, həm də müharibənin dayandırılması ilə bağlı atılan prinsipial addımlar bunu nümayiş etdirir. Eyni zamanda, bu yaxınlarda BMT-in baş katibi Antonio Guterres, Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da çox önəmli üçtərəfli görüş keçirildi. Görüşün əsas mahiyyəti dünya iqtisadiyyatının canlandırılması, tədarük zəncirində olan problemlərin aradan qaldırılması, eləcə də atəşkəsin əldə olunması ilə bağlı cəhdlər idi. O cümlədən, enerji nəqli və taxıl tədarükü ilə bağlı məsələr də masa üzərinə yatırılmışdır. Ümumiyyətlə, bir sıra ekspertlər bildirirlər ki, Türkiyə-Rusiya münasibətlərindən Türkiyə böyük ziyan görür. Lakin Türkiyə şirkətləri həm Rusiya da çalışır, həm Ukrayna da çalışır və Qara dəniz hövzəsində Rusiya, Ukrayna ilə həmsərhəd olan Türkiyə məsələlərə öz maraqları çərçivəsində yanaşır və türk şirkətlərinin daha geniş arealda işləməsi üçün imkanlar qazandırmağa davam edir".

Politoloqun fikrincə, gələcəkdə Türkiyə iqtisadiyyatına Rusiya ilə yaxınlıq səbəbindən hər hansısa zərbələr vurulması proqnozlaşdırılır: "Lakin Türkiyə böyük dövlətdir, böyük maraqları vardır və bu maraqları çərçivəsində addımlar ataraq çox ehtiyyatlı davranmağa məcburdur".

Nərmin Məmmədli,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056626