“GƏLDİLƏR, MÖVQE QURDULAR, BAYRAQ SANCDILAR...” - Teğ-Kornidzor yolunda nə baş verib?

2023-04-01 16:45:00

“GƏLDİLƏR, MÖVQE QURDULAR, BAYRAQ SANCDILAR...” - Teğ-Kornidzor yolunda nə baş verib?

“Teğ-Kornidzor yolunda Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib və sərhədin dəqiqləşdirilməsi istiqamətində iş aparılıb, nəticədə bu hissədə vəziyyət xeyli yaxşılaşıb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir. Qeyd olunur ki, hazırda iş davam edir və onun nəticələri barədə əlavə məlumat veriləcək.

Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistanla Azərbaycan nümayəndələri arasında danışıqlar ötən gün Rusiyanın sülhməramlı qoşunlarının nümayəndələrinin iştirakı ilə Teğ icmasının yerləşdiyi sərhəd bölgəsində baş tutub. Onun sözlərinə görə, erməni tərəfi mövqe itirməyib, sadəcə olaraq yolun marşrutunda dəyişiklik edilib.

Teğ kəndindin erməni sakinləri isə yerli mediaya fərqli açıqlamalar veriblər. Onlardan biri deyib ki, azərbaycanlılar gözlənilmədən gəldilər, əkin sahələrində səngərlər qazdılar, mövqelərini bərkitdilər, bayraqlarını qoydular və ərazidə oturdular. O, bildirib ki, həmin vaxt orada həm Ermənistan silahlı qüvvələrinin nümayəndələri, həm də Rusiya sülhməramlıları olub, lakin bu, azərbaycanlıları dayandırmayıb.

Ermənistanın “Hraparak” nəşri isə yazıb ki, dünən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Zəngəzurda olub. 

“Onlar azərbaycanlıları ötən gün tutduqları mövqelərdən heç olmasa “Dostluq heykəli”nin ətrafında, ilkin razılaşmaların olduğu hissəyə qədər bir az geri çəkilməyə inandırmağa çalışıblar. Lakin danışıqlar nəticəsiz qalıb və Azərbaycan Silahlı Qüvvələri Teğ icmasından bir neçə metr aralıda yerləşən bağlarda möhkəmlənməkdə davam edir. Yeri gəlmişkən, mənbələrimiz bildirir ki, ötən gün erməni və azərbaycanlı hərbçilər arasında əlbəyaxa dava olub. 2020-ci ildən sonra Teğ icmasının ərazisinə erməni hərbi qulluqçular gətirilməyib və burada yalnız bir-iki rus sülhməramlısı yerləşdirilib. Buna baxmayaraq, ötən gündən etibarən Müdafiə Nazirliyi gecikmiş addımlar ataraq onlarla əsgəri həmin əraziyə yerləşdirib”, - nəşr yazıb.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.117051