"Gelandewagen"lə qəza şəraiti yaradan sürücü: "Youtube-da videolarıma bax, gör kiməm mən..." - VİDEO
2021-12-04 22:31:00
Bakıda manevr qaydasını pozan sürücü qəza vəziyyəti yaradıb.
90-HH-400 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü dekabrın 3-də, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində sol zolaqla hərəkət edən zaman qəfildən sağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücü təhlükə ilə üzləşib. Daha sonra "Gelandewagen"in sürücüsü üzrxahlıq etmək əvəzinə "Youtube-da Şahin əxi yazarsan, gör kimə irad bildirirsən"- deyərək oradan uzaqlaşıb.
Avtosfer.az