Saat:03:27
Haqqımızda

“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - ŞİKAYƏT

2024-12-20 15:40:43

“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - ŞİKAYƏT

Gədəbəy rayonunun Kəlaman, Hacıalılar, Herkinaz, Kiçik Qaramurad, Daryurd kənd sakinləri tərəfindən Hurriyyet.az saytına şikayət daxil olub. Sakinlər saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edirlər:

“Cənab Prezident!

Sizin hər çıxışınızdan ilham alıb, “bir gün düzələr” deyib, ümidlə yaşayırıq.

Biz Gədəbəy  rayonunun  Kəlaman, Hacıalılar, Herkinaz, Kiçik Qaramurad, Daryurd kənd sakinləri olaraq təklif edrik ki, yuxarıda adlarını qeyd etdiyimiz kəndlərdə yəhudi kilsəsi tikilsin. Kilsə tikilsin ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən adıçəkilən kəndlərə də qaz xətti çəkilməsinə başlanılsın.

Cənab Prezident!

Rayon İcra Hakimiyyəti məsələ ilə qəti maraqlanmır. “Azəriqaz” isə illərdir bildirir ki, sözügedən kəndin qazlaşması birliyin gündəmindədir, amma indiyədək heç bir tədbir görülməyibSanki, “Azəriqaz” İstehsalat Birliyi regionların qazlaşma prosesini öz maddi imkanları hesabına həyata keçirir, bu baxımdan mərhələlik prinsipi qorunur.

Güman edirik ki, növbəti mərhələlərdə “Azəriqaz” İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq, bu kəndin qazlaşmasına baxılacaq.

Belə çıxır ki, “Azəriqaz” ın nə vaxt imkanı olacaq bizim kəndlərə qaz çəkəcək, olmayacaqsa ölənə kimi də qazsız qalacağıq.

14 ildir rayon İcra Hakimiyyəti biz sakinləri aldadır. Hər il çəkiləcək deyir, amma çəkilmir. Bu il də şəhid Etibar İsgəndərovun adına  Hacıalılar kənd məktəbinə gəlib açıqlama verdi ki, kəndlərə qaz çəkilişi başlayacaq, layihədə var. Amma layihənin adı var, özü yoxdur.

Bundan əlavə, adını çəkdiyim kəndlərin yolları da bərbad vəziyyətdədir. Hər kəndin şəhidləri var. Kəlaman kəndinin 5 şəhidi, 30-dan çox müharibə iştirakçısı olmasına baxmayaraq, kəndiin yolları, şəraiti bərbad gündədir.

Odunun qiyməti 600-700 manatdır, almağa imkanımız yoxdur. Biz bilmirik ki, bu qışı necə başa vuracağıq.

Cənab Prezident!

Xahiş edirik, biz sakinləri bu ağır bəladan qurtarın. Evlərimiz soyuqdur, ailə üzvlərimiz xəstə olur. Kənddə bir neçə adam soyuqdan xəstəlik tutub ölüb.

Azərbaycanın ən səfalı, gözəl güşəsini cəhənnəmə çeviriblər. Xahiş edirik, səsimizi eşidin”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiaydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.149693