Saat:04:03
Haqqımızda

Gədəbəydə zəncirvari qəza: "VAZ 2107", "Toyota Camry", "VAZ 21015", "Lada Niva" - FOTOLAR

2021-10-19 23:07:00

Gədəbəydə zəncirvari qəza:

Bu gün Gədəbəydə zəncirvari qəza baş verib.

Yol polisinin verdiyi məlumata görə,  qəzaya səbəb "VAZ 2107" markalı avtomobilin sürücüsü olub. İdarəetməni itirən sürücü "VAZ 2107" markalı maşını  yolun kənarında dayanmış "Lada Niva" markalı maşına çırparaq  əks yola çıxıb və qarşı tərəfdən gələn "VAZ 21015" markalı avtomobil ilə toqquşub. Toqquşma nəticəsində hər iki maşın yolun kənarında dayanmış "Toyota Camry" markalı avtomobilə  dəyərək onu əzib.

Qəza nəticəsində rayonda tıxac yaranıb.

Hadisə yerinə Tibbi Təcili Yardım və polis əməkdaşları gəlib.
 

Hazır

Zaur Qənbərov

 





1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR