Saat:11:45
Haqqımızda

Gədəbəydə üç nəfər avtomobil qəzasında xəsarət alıb

2023-11-10 21:56:25

Gədəbəydə üç nəfər avtomobil qəzasında xəsarət alıb

Gədəbəy şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.Az xəbər verir ki, "VAZ" markalı avtomobilin maneə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri, 2007-ci il təvəllüdlü A.Həsənov, 2008-ci il təvəllüdlü E.Qarayev və 2002-ci il təvəllüdlü Q.Qədirov xəsarət alıb.

Onlardan A.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı avtomobildə 5 nəfər olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.590978