Gecə klubunda yaralanan Təranə: "İstənilən qaz balonu göstərin, oradan sağ çıxmasaq..." - FOTO

2022-04-29 10:42:00

Gecə klubunda yaralanan Təranə:

"Location" gecə klubunda baş verən partlayışda xəsarət alan model Təranə Rzayeva (Merlin Təranə) sosial şəbəkədə yeni paylaşım edib.

Hurriyyet.az xəbər verir ki, o, instaqram hesabında partlayışda xəsarət alan rəfiqəsi bloger Aysel Şükürlə yeni fotolarını yayımlayıb.

Təranə görüntülərə bu sözləri də əlavə edib:

"İstənilən qaz balonu göstərin oradan sağ çıxmasaq bu sənəti atırıq".

Fotolarda onların tamamilə sağaldığı və gümrah olduğu əks olunub.

Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 30-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya