“Gecə-gündüz burda narkotik satışı gedir” - Sakinlər etiraz edir + Video

2022-08-25 11:37:00

“Gecə-gündüz burda narkotik satışı gedir” - Sakinlər etiraz edir + Video

Bloqer Nail Kəmərlinin Bakının “Papanin” və “Xutor” adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjet geniş müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, verilişdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Onlar son illərdə narkomaniyanın daha da artdığını, bəzi insanların bu ərazilərdə kirayə evlərin ucuz olması səbəbindən burada cəmləşdiklərini, hətta açıq-aşkar narkotik satışının baş verdiyini, oğurluq, soyğunçuluq hadisələrinin artdığını qeyd ediblər.

Sakinlərin bir neçəsinin çıxışını təqdim edirik:

Qeyd edək ki, yutub platformasında verilişin yayımlanmasından sonra Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları həmin ərazilərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bildirilib ki, Cəlil Məmmədquluzadə (“Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.090441