“Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi” - FOTOLAR/VİDEO

2022-09-21 17:59:00

“Gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi” - FOTOLAR/VİDEO

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin yaralı hərbiçilərinin müalicə aldığı hospitalda olub və onların vəziyyəti ilə maraqlanıb.

DSX-nin hərbi qulluqçusu Təbriz Ramazanov bildirib ki, hazırda vəziyyəti yaxşıdır.

“Sentyabrın 12-dən 13-nə keçən gecə müşahidələrimiz nəticəsində düşmənin bizim postlarımıza yaxınlaşdığını gördük və dərhal lazımi tədbirləri görərək, düşmən təxribatının qarşısını aldıq. Düşmən tərəfinin atdığı əl qumbarası nəticəsində qəlpə yarası aldım”, - deyə o əlavə edib.

DSX-nin hərbi qulluqçusu Bəhram Qarayev qeyd edib ki, hospitala gəldiyi ilk günlər ayaqları üzərində dayan bilmirdi.

“Həkimlərimiz sayəsində vəziyyətim getdikcə yaxşılaşır. Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin diversiya qrupu gözlənilməz anda hücuma keçdi. Bu zaman sərhədçilərimizin ayıq-sayıq xidməti nəticəsində düşmənin postlarımıza yaxınlaşdıqlarını gördük və döyüş əməliyyatına başladıq. Əməliyyat zamanı düşmən itki verərək geri çəkildi”, - deyə o bildirib.

Videoreportajı təqdim edirik:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062808