Saat:03:42
Haqqımızda

G7 sammiti günü Rusiya niyə Xəzərdən zərbə endirdi?

2022-06-27 14:21:00

G7 sammiti günü Rusiya niyə Xəzərdən zərbə endirdi?

G7 ölkələrinin sammiti başlayan gün Rusiyanın Ukrayna paytaxtını raket atəşinə tutması dünyanın aparıcı ölkələrinə mesajdır. Həmin raketlərin Xəzər dənizindən atılması isə başqa bir mesajdır: Rusiya Xəzərdə söz sahibi olduğunu demək istəyir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti Ərəstun Oruclu qeyd edib.

O bildirib ki, Rusiyanın bu mesajına dəstək isə təbii ki, müttəfiqi Tehrandan gəldi:

“Rusiyanın raket hücumunun İran prezidenti Rəisinin “Xəzərdə yalnız Xəzəryanı ölkələrin silahlı qüvvələri yerləşdirilə bilər” bəyanatı ilə üst-üstə düşməsi heç də təsadüf kimi qəbul edilməməlidir.

Elə bu iki ölkənin Azərbaycan siyasətindəki bir çox üst-üstə düşmələr kimi. Türkiyənin Cənubi Qafqazda fəallaşması həm Moskvanı, həm də Tehranı eyni dərəcədə narahat edir. Azərbaycan üçün isə Türkiyə strateji müttəfiqdir, odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq elə Xəzər dənizində təhlükəsizliyin təmin olunması istiqamətində də davam etdirilməlidir.

Azərbaycan öz donanmasının modernləşdirilməsi istiqamətində əməkdaşlığı təkcə Türkiyə ilə deyil, diğər müttəfiq ölkələrlə də genişləndirməlidir. Bunu bizim milli təhlükəsizlik maraqlarımız tələb edir.

Amma bunun üçün ilk növbədə ölkənin silahlı qüvvələri Rusiyanın “5-ci kolon”undan təmizlənməlidir, əks halda Moskvanın casus şəbəkəsi bütün mümkün əməkdaşlığı sabotaj edəcək. Bu günədək etdiyi kimi”.

Ekspertin fikrincə, bütün bu addımlar təcili atılmalıdır:

Çünki istər Xəzər hövzəsi ətrafında, istərsə də Yaxın Şərq bölgəsində baş verənlər zamanın bizim əleyhimizə işlədiyini göstərir. İndi gecikmək bizim üçün məhv olmaq anlamına gəlir.

Son günlər ölkənin mətbuatında və ictimai-siyasi həyatında Rusiya “5-ci kolon”unun fəallaşaraq açıq hücuma keçməsi də buna işarədir. Unutmayaq ki, indiki dövrün əsas xüsusiyyətlərindən biri də hadisələrin sürətinin yüksək olmasıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR