Saat:10:45
Haqqımızda

G7 ölkələrinin XİN nazirləri Rusiyanı Zaporojye AES-i “dərhal Ukraynanın nəzarətinə verməyə” çağırdı

2022-08-11 14:36:00

G7 ölkələrinin XİN nazirləri Rusiyanı Zaporojye AES-i “dərhal Ukraynanın nəzarətinə verməyə” çağırdı

G7 ölkələrinin XİN nazirləri Rusiyanı Zaporojye AES-i “dərhal Ukraynanın nəzarətinə verməyə” çağırıb. Daha əvvəl bu tələblə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer çıxış edərək bildirib ki, ABŞ Rusiyanı Zaporojye atom elektrik stansiyasına tam nəzarəti Ukrayna hakimiyyətinə qaytarmağa çağırır.
Onun sözlərinə görə, Vaşinqton bu məsələdə MAQATE ilə işləmək niyyətindədir.
Zaporojye AES Ukraynada nüvə enerjisindən əldə edilən bütün elektrik enerjisinin demək olar ki, yarısını və Ukraynada istehsal olunan bütün elektrik enerjisinin beşdə birini istehsal edir.
Rusiya qoşunları Ukraynada hərbi xüsusi əməliyyata başlayandan az sonra AES-in ərazisinə nəzarəti ələ keçirib. Atom elektrik stansiyasının mart ayından Rusiyanın nəzarətində olmasına baxmayaraq, ukraynalı personal işini davam etdirib.
Çox güman ki, Rusiya Ukraynaya qarşı cavab tədbiri kimi bu AES-i Kiyevin nəzarətində olan əraziləri təmin edən elektrik şəbəkəsindən ayrıla bilər.
Zaporojye AES Ukraynanın vahid enerji sisteminin mühüm elementidir. Stansiyadan elektrik enerjisinin əsas istehlakçıları Dnepropetrovsk, Poltava, Odessa və Nikolayev vilayətləridir. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR