Füzulidə 23 yaşlı gənc minaya düşdü - SON DƏQİQƏ

2022-05-28 19:51:00

Füzulidə 23 yaşlı gənc minaya düşdü - SON DƏQİQƏ

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.


Hurriyyet.az bu barədə Füzuli rayon prokurorluğuna istinadən xəbər verir.


Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.


Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya