Futbolçusu "Neftiçi"yə və komanda yoldaşlarına böyük hörmətsizlik etdi!

«Neftçi»nin müdafiəçisi Azər Salahlı özünə və komanda yoldaşlarına hörmətsizlik edib.
Hadisə həftəsonu Tovuzda, «Turanla Premyer Liqanın 33-cü tur matçında yaşanıb.
Belə ki, Lorentsiu Regekampfın əsas heyətdə yer vermədiyi arxa xətt oyunçusu özüylə mobil telefon götürüb. Ehtiyat skamyada başını telefonla qatan Salahlı baş məşqçinin ona yönələn baxışlarına əhəmiyyət verməyib.
Gözünü və əlini telefondan çəkməyən Azər komandasının 0:4 hesablı biabırçı məğlubiyyətinə də biganə yanaşıb. O, final fitindən sonra heç nə olmamış kimi sakitcə yerindən qalxıb və ümumi dəhlizə üz tutub.
Salahlı oyun ərzində sosial şəbəkədə heç bir paylaşım etməyib. Güman ki, ya səhifələrdə «dolaşıb», ya da ki…
Bunu aydınlaşdırmaq artıq bizə düşməz. Klub rəhbərliyinin üzərinə düşən bir nömrəli məsələ isə Azər barədə tədbir görməkdir.
İndi idman direktoru Zaur Əzizov ona hansı cəzanı, yaxud cəriməni kəsəcək, yəqin ki. bugünlərdə bilərik.
Doğrudan da, müdafiəçinin yol verdiyi hərəkət böyük qəbahətdir.
SPORTİNFO.AZ
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya