Saat:21:37
Haqqımızda

Futbolçudan insanlıqdan kənar hərəkət: Rəqibin burnuna lağ etdi, sarı vərəqə aldı - VİDEO

2025-11-28 20:07:15

Futbolçudan insanlıqdan kənar hərəkət: Rəqibin burnuna lağ etdi, sarı vərəqə aldı - VİDEO

Avropa Liqasında qalmaqal yaşanıb.

Futbolçu rəqib futbolçuya qarşı insanlıqdan kənar hərəkət edib.

“Qo Ahed İqls”in futbolçusu Viktor Edvardsen Avropa Liqasındakı "VfB Ştutqart" oyununda rəqib oyunçu Anjelo Stilleri fiziki görüntüsü ilə ələ salmaqda ittiham olunur. Kadrlar futbolçunun dəfələrlə Stillerin burnunu göstərdiyini ortaya çıxarıb.

Bu hərəkət "Ştutqart"lı oyunçuların sərt etirazına səbəb olub və onlar Edvardseni meydançada qarşılayaraq onu davranışına görə məzəmmət ediblər. Matç isə" Ştutqart"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Müsahibəsində Edvardsen belə deyib:

“Komandama enerji və adrenalin vermək istəyirdim. Emosional oynadım. Hələ ki, üzr istəməmişəm və bunun olub-olmayacağını bilmirəm. Üzr istəmək çox asandır, amma o da elə şeylər dedi ki, siz bilmiriniz. Bəlkə o da məndən üzr istəməlidir.”

Niderland futbolunun əfsanəsi və futbol şərhçisi Uesli Şneyder isə Edvardsenin davranışını ağır şəkildə tənqid edib:

“O, dərhal rəqibin paltardəyişmə otağına gedib üzr istəməlidir. Bu — təhlükəli bir təhqiredici hərəkətdir! Bunjn nələrə səbəb ola biləcəyini hamımız bilirik. Bu çox ciddi məsələdir.”

Şneyder, həmçinin, klubun addım atmalı olduğunu bildirib:

“Qo Ahed İqls" onu qulağından tutub rəqibin otağına aparmalıdır! Uşaqlar belə davranışları görür. Bu insanın düşüncə tərzi düzgün deyil. Daha çox danışsam, daha da əsəbiləşəcəyəm.”

 

Offsideplus.az