Futbola neft sektorundan gələn PFL-in yeni prezidenti kimdir? - Dosye +Fotolar

2022-07-29 13:00:00

Futbola neft sektorundan gələn PFL-in yeni prezidenti kimdir? - Dosye +Fotolar

Bu gün Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib və Elxan Səmədov PFL-in prezidenti seçilib.

Hurriyyet.az xəbər verir ki, 1972-ci ildə anadan olan Elxan Səmədov orta məktəbi Bakıda 134 saylı orta məktəbdə oxuyub. Daha sonra Azərbaycan Pedoqoji Universitetində İngilis dili və ədəbiyyatı ixtisasl üzrə təhsil alıb.

2001-ci ildə İtaliya və İsçeçrədə Beynəlxalq Əmək Təşkilatının layihəsində iştirak edib. 2007-ci ildə ABŞ-ın “Georgetown” Universitetinin Hüquq Mərkəzində təhsil alıb.

Elxan Səmədov əmək fəaliyyətinə 1993-cü ildə “Pennzoil” neft şirkətində başlayıb. 1996-1999-cu illərdə “Caspian İnternational Petroleum Company”də və “Sojitz Corpaoration” şirkətlərində işləyib. 1999-2001-ci illərdə Dünya Bankında, 2001-2008-ci illərdə “Karasu Operating Company” şirkətində satınalmalar üzrə menecer vəzifəsində çalışıb.

2009-cu ildə AFFA-da Departament direktoru olub. 2008-2009-cu illərdə yenidən neft sektoruna geri dönüb və “Absheron Operating Company” şirkətində satınalmalar üzrə menecer olub.

2012-ci ildə AFFA və “Neftçi” futbol klubunda menecer vəzifəsində işləyib. 2013-2015-ci illərdə Birinci Avropa Oyunları üzrə Təşkilat Komitəsinin satınalmalar departamentinin direktoru olub.

Elxan Səmədov 2018-2020-ci illərdə “Sumqayıt Txnologiyalar Parkı”nda və “Yalkavak Marina”da (Türkiyə) çalışıb. Səmədovun sonuncu iş yeri AFFA-da VAR (videoköməkçi hakim) layihəsinin rəhbəri olub.


yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061777