Saat:03:52
Haqqımızda

Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə

2024-04-26 16:25:24

Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə

“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hurriyyet.az xəbər verir ki cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-a təyin olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxsləri 2023-cü il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Şantaja məruz qalan şəxslər idarəyə şikayət ediblər.

Onlar qeyd ediblər ki, Fuad Muradovgil müxtəlif kişilərin qadınla intim görüntülərini gizli şəkildə çəkib, sonradan həmin görüntüləri ailələrinə göstərməklə hədələyib, pul alıblar.

teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184490