Fuad Ələsgərov da Kərəm Həsənovun əmlak bazarlığına son qoya bilmədi

2022-06-30 05:46:00

Fuad Ələsgərov da Kərəm Həsənovun əmlak bazarlığına son qoya bilmədi

Kərəm Həsənova  onun özündən şikayət etmək sonuc verər?

Prezident Administrasiyasında vətəndaşların yeni  qəbulu mərkəzinin və 1111 çağrı mərkəzinin yaradılması ilə yenidən  problemlərinin çözümünə ümid edənlərin gözləntiləri gözlərində qaldı. Ən azı, yeni mərkəzdə də əvvəlki kimi, qəbul edəcəyi bildirilən vəzifəli şəxsin özünün yox, məsləhətçilərinin qəbul masası arxasında əyləşməsi  nəyəsə ümid etməyi mənasız edir. Yenə də “sonda ölən ümiddir” deyib,  Vətən Müharibəsi Qəhramanı Zaur Nudirəliyevin adını daşıyan ünvanda  fəaliyyət göstərən mərkəzə üz tutanlar isə yetərincədir.

08.04.2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının  hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri , Məhkəmə-Hüquq Şurasının,  korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Fuad Ələsgərovun qəbuluna elə məhkəmə qərarlarının onlarla illər icra olunmamasından, (məhkəmələrin) korrupsiya faktına hüquqi qiymət verilməməsindən şikayətlərlə getdik. Şikayətimizin önündə Xətai məhkəməsinin 26.05.2009 -cu il tarixli və 21.06.2011-ci il tarixli iki  (!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların borclular Nizami RİH, ƏMDK və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində saxta şəhadətnamə ilə ələ keçirib daha düzü, əllərində saxlayıb ,  məhkəmə qərarından 2 il sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində başqa şəxsin – Hüseynov Aydın Bəxtiyar oğlunun adına qeydiyyat çıxarışı ilə legtimləşdirilməsi təşkil edirdi. Bu əmlak korrupsiyasının başında hazırda Prezident köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun, onun keçmiş müavini, hazırda Cəlilabad RİH-ə başçı təyin etdirdiyi Rafiq Cəlilovun, Nizami RİH-in keçmiş, Dövlət Statistika Komitəsinin hazırkı sədri Tahir Budaqovun, onun bacanağı, Nizami RİH-in “JEK”-inin keçmiş, 1 saylı icra nümayəndəliyinin hazırkı müdiri Həsən Sadıxovun, keçmiş icra başçısı Arif Qasımovun, qardaşı Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin müdiri Vüqar Qasımovun , hazırkı icra başçısı və müavinlərin  (Qərib Məmmədov və digərləri), hətta baş prokurorluğun , yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin,  Nizami polisinin və digər vəzifəli şəxslərin dayandığı da gizlin deyil. Bu mütəşəkkil cinayətkar dəstənin üzvlərinin hamısını saysaq, bir yazıya sığışdıra bilmərik. Hər halda, Prezidentin köməkçisinin köməkçi həmkarına Prezidentə sayğısızlığa son qoymağa çağıracağına ümidli idik. Gözləntimiz  doğrulmadı, 3 ay keçib, məhkəmənin Azərbaycan dövlətinin adından 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi otaqlarda Prezidentin dövlət nəzarəti şöbəsinin müdiri hələ də dövlət maraqlarının ayaqlar altına alınmasına nəzarəti həyata keçirməkdədir .

Bu günlərdə media orqanları Prezident Administrasiyasında iyul ayında vətəndaşların qəbul günləri haqqında bilgi yayımlayıb. Prezident köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun adı qəbul siyahısında iyulun 4-ə yazılıb. Görəsən, Kərəm Həsənov “qəbul kürsüsü”ndə özü oturacaq? Ümumiyyətlə, bu məmurdan onun özünə şikayət etmək sonuc verər? Ritorik sualdır, deyilmi?

Məğrur BƏDƏLSOY


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000102