Saat:16:58
Haqqımızda

Fuad Biləsuvarlının yeni kitabı işıq üzü görüb

2021-08-03 15:08:00

Fuad Biləsuvarlının yeni kitabı işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Cəsarətli qələm" mükafatçısı böyük sənətkarların ifasında oxunan onlarla nəğmələrin sözlərinin müəllifi nəğməkar şair Fuad Biləsuvarlının "Elm və təhsil" nəşriyyatında "Dənizlə söhbət" adlı yeni kitabı işıq üzü görüb.

Şairin buna qədər 3 şeirlər kitabı işıq üzü görüb. Bu kitab şairin sayca dördüncü kitabıdı. Kitab 160 səhifədən ibarətdi. Kitabın içində şairin anaya, ataya, nənəyə, babaya, ustadlarına həsr etdiyi şeirləri, sevgi, məhəbbət şeirləri ilə bərabər vətənpərvərlik şeirləri, qələbəmizə aid şeirləri də yer alıb.

Şair Fuad Biləsuvarlının "Dənizlə söhbət" adlı şeirlər kitabının ön sözünün müəllifi - Ünlü şairlərimizdən olan Səadət Buta, redaktoru tanınmış yazıçı Südabə Sərvidi.

Kitabın rəyçiləri Zakir Quliyev, Günəş Zakirqızı, Rüxsarə Novruzova, Vidadi Orucovdur. Kitaba son sözünü Sevinc Muğanna yazıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR