Saat:03:53
Haqqımızda

Fransızlar Makrona qarşı: Bir gündə 170 aksiya keçirildi - VİDEO

2022-01-28 10:24:00

Fransızlar Makrona qarşı: Bir gündə 170 aksiya keçirildi - VİDEO

Fransada əhali küçələrə axışıb. Daha çox sosial yönümlü aksiyalarda ölkə prezidenti Emmanuel Makronun istefası tələbi səsləndirilib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, yanvarın 27-də ölkə üzrə 170 fərqli ərazidə etiraz aksiyaları keçirilib.

Əhalinin narazılığına inflyasiyanın artması səbəbindən alıcılıq qabiliyyətinin azalması səbəb olub.

Paytaxt Parisdə həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlər zamanı etirazçılar tarixi Bastiliya Meydanından Maliyyə Nazirliyinə doğru yürüş ediblər. Hökumətdən minimum əmək haqqının və sosial müavinətlərin artırılmasını tələb edən nümayişçilər prezident Emmanuel Makronu istefaya dəvət edərkən tez-tez “Kapitalizm məhv olsun” şüarları da səsləndiriblər.

İki həftədir tətil edən müəllimlər və orta məktəblərin yuxarı sinif şagirdləri də nümayişi dəstəkləyiblər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR