Fransız kriminoloqlar Buça qətliamını araşdırır

2022-04-15 16:59:00

Fransız kriminoloqlar Buça qətliamını araşdırır

Buçada fransız kriminoloqları işləyir. Onlar Rusiya işğalçı qüvvələrinin Ukraynada mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasına kömək edirlər. Onlar sübutların toplanmasında və qurbanların cəsədlərinin araşdırılmasında kömək edəcəklər.
ABŞ həmçinin Buçada hərbi cinayətlərin təhqiqatında iştirak edəcək. Cinayət işi üzrə prokurorlar Ukraynadakı müharibə cinayətlərinə dair sübutların toplanması planını hazırlamaq üçün "Euroyust" və "Europol"dan olan həmkarları ilə görüşüblər. Eyni zamanda, Ukrayna prokurorluğunun tələbi ilə ABŞ Ukraynada törədilmiş hərbi cinayətlərə aid məlumatların toplanmasına yardım edir.
İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICPP) ekspertləri də Ukraynaya gələcəklər, onlar Ukrayna hakimiyyət orqanları ilə əməkdaşlıq edərək cinayət yerlərini qazacaqlar və qalıqları müəyyən edəcəklər ki, bu dəlillərdən nəinki beynəlxalq məhkəmələrdə, həm də Ukrayna məhkəmələrində cinayət prosesində istifadə olunsun. Bu təşkilat 1966-cı ildən bu yana Balkanlardakı müharibələrdə itkin düşənləri axtarır.
Xatırladaq ki, ümumilikdə Buçada yalnız kütləvi məzarlıq yerlərində 403 ölü dinc sakinin cəsədi tapılıb ki, onların arasında müxtəlif yaşlarda çoxlu uşaqlar da var. Bu məlumatlar yekun deyil. Bütün cəsədlər tapılıb eksqumasiya edilənə qədər qurbanların dəqiq sayı hələlik məlum deyil. İndiyədək yalnız 167 nəfərin şəxsiyyəti müəyyən edilib. Kütləvi məzarlıqların təhqiqatı davam edir.
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya