Fransanın Xarici İşlər naziri erməni həmkarı ilə Laçın dəhlizindən danışıb

2022-08-24 19:42:00

Fransanın Xarici İşlər naziri erməni həmkarı ilə Laçın dəhlizindən danışıb

Parisdə oturub Azərbaycanın Laçın rayonu ilə maraqlananlar

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə Fransanın Xarici İşlər naziri Katerin Kolonna telefonla danışıblar. Bu barədə məlumatı Fransa XİN yayıb.

Açıqlamada deyilir ki, telefon söhbəti zamanı nazirlər Qarabağdakı vəziyyəti və Ermənistan ilə Azərbaycan arasındakı son gərginliyi müzakirə ediblər.

Fransa XİN-in açıqlamasında deyilir: “Fransanın Xarici İşlər naziri xatırladıb ki, onun ölkəsi baş verənləri böyük diqqətlə izləyir. Avqustun 4-də Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılmış telefon danışığı da buna şəhadət edir. O, bütün məsələləri yalnız danışıqlar yolu ilə həll eləməyə çağırıb. Nazir onu da qeyd edib ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında kommunikasiyanın saxlanılması üçün tərəflər arasında Laçın dəhlizinə paralel olan yeni marşrutla bağlı razılaşmanın əldə edilməsi arzuolunandır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.089230