Saat:21:35
Haqqımızda

Fransanı cinayətlərinə görə beynəlxalq məhkəməyə vermək tələb edilir

2021-10-19 15:17:00

Fransanı cinayətlərinə görə beynəlxalq məhkəməyə vermək tələb edilir

Hurriyyet.az xəbər verir ki, Əlcəzairdə bir siyasi partiya Fransanın 132 illik müstəmləkəçilik idarəsi dövründə müsəlmanlara qarşı cinayətlərinə görə beynəlxalq məhkəmələrdə mühakimə edilməsi çağırışı ilə çıxış edib.

1961-ci ildə Parisdə toplaşan və ölkələri üçün müstəqillik tələb edən əlcəzairli nümayişçilərin Fransa polisləri tərəfindən qətlə yetirilməsinin 60-cı ildönümündə açıqlama verən Cəmiyyət və Sülh Hərəkatı bildirib: “Şəhidlərin xatirəsinə hörmət üçün Fransanı beynəlxalq məhkəməyə vermək lazımdır”.

17 oktyabr 1961-ci il tarixində Fransa dövləti tərəfindən 300 nəfərdən artıq əlcəzairli sülh nümayişçisi qətlə yetirilib, onların çoxu Sena çayına atılıb. 1830-cu ildə 1962-ci ilə qədər uzanan müstəmləkə zülmü dövründə Fransa Əlcəzairdə 4 000 nəfərə yaxın müsəlmanı qətlə yetirib. Ketşava adlı məscidin kilsəyə çevrilməsinin qarşısının alınması üçün oturaq aksiya keçirən müsəlmanlar da Fransa tərəfindən öldürülüb. Bu qəddarlıqlar barəsində çıxış edən Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ötən bazar günü televiziyaya müsahibəsində deyib: “132 il Fransanın müstəmləkəsi olduq. Bu müddət ərzində gözəl sözlərlə silinə bilməyəcək iyrənc cinayətlər törədildi”.

Müstəmləkəçilik tarixi boyunca Fransanın müsəlman xalqa etdiyi zülmün beynəlxalq məhkəməyə çıxarılmalı olduğunu bildirən Cəmiyyət və Sülh Hərəkatı Partiyası dünya ölkələrindən də dəstək gözlədiklərini söyləyib.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR