Saat:03:10
Haqqımızda

Fransanı ABŞ və Avstraliya ilə düşmən edən AUKUS Çinə qarşı ittifaqdır, yoxsa materik-dövlətin sakit işğalı?

2021-09-18 11:24:00

Fransanı ABŞ və Avstraliya ilə düşmən edən AUKUS  Çinə qarşı ittifaqdır, yoxsa materik-dövlətin sakit işğalı?

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ Avstraliya aviasiyası, donanması, quru qoşunlarındakı mövcudluğunu genişləndirir və bu ölkədə hərbi təlimləri aktivləşdirir. Bu barədə məlumat iki ölkənin birgə bəyanatında verilib.

Bəyanat Vaşinqtonda hər iki ölkənin hərbi və diplomatik idarələrinin başçılarının məşvərətindən sonra verilib. Bəlli olduğu kimi, bir neçə gün bundan əvvəl Böyük Britaniya, ABŞ və Avstraliyanın iştirakı ilə Çin təhlükəsinə qarşı üçtərəfli AUKUS hərbi ittifaqı yaranıb.

 ABŞ ilə Avstraliyanın birgə açıqlamasında deyilir: “Katiblər və nazirlər güclərin yerləşdirilməsi sahəsində Amerika-Avstraliya əməkdaşlığının əhəmiyyətli dərəcədə inkişafının tərəfdarıdırlar”.

Bu məsələni həyata keçirmək üçün ölkələr Avstraliyada rotasiya əsasında “ABŞ-ın bütün tiplərdən olan təyyarələrini” yerləşdirmək, Amerikanın sualtı və suüstü gəmilərinin maddi-texniki təminatının infrastrukturunu inkişaf etdirmək, quru qüvvələrinin “daha kompleksli və inteqrasiyalı təlimlərini” keçirmək niyyətindədirlər.

Bəyanatda iki ölkənin hərbi qüvvələrinin kosmik peyklər sahəsində də əməkdaşlıq eləmək planlarından bəhs edilir.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR