Saat:06:56
Haqqımızda

Fransadan İŞİD-ə böyük zərbə

2021-09-16 13:00:00

Fransadan İŞİD-ə böyük zərbə


 

Hurriyyet.az xəbər verir ki, Fransa İŞİD terror təşkilatı ilə mübarizədə mühüm addım atdığını bəyan edib. Prezident Emmanel Makron Fransa ordusunun Malidə xidmət edən qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının Afrikadakı lideri Adnan Əbu Valid əs Sahrauinin öldürüldüyünü bildirib. Makron sosial mediada bunları yazıb: “İŞİD-in Səhraaltı (Afrika qitəsinin Saxara səhrasından cənubda yerləşən hissəsi) Afrikadakı lideri Adnan Əbu Valid əs Sahraui Fransa qüvvələri tərəfindən zərərsizləşdirilib. Bu, regionda terrorçu qruplarla mübarizəmizdə növbəti uğurdur. Terrorla mübarizəsə həlak olan qəhrəmanlarımızın fədakarlıqları hədər olmayacaq. Afrikalı, avropalı və amerikalı müttəfiqləriizlə birlikdə bu mübarizəni davam etdirəcəyik”.

Sahraoui Mali, Niger və Burkina Faso kimi ölkələrdə terror aktlarının başlıca müqəssiri hesab edilir. O, 2020-ci ildə Fransanın yardım könüllülərinin öldürülməsi və 2017-ci ildə Nigerdə ABŞ hərbçilərinə qarşı hücumlardan sonra axtarışda idi. Bu hücumlardan sonra ABŞ Sahrouinin başına 5 milyon dollar mükafat qoymuşdu.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR