Saat:19:11
Haqqımızda

Fransada vakansiya! 15 min nəfər əczaçıya ehtiyac var

2022-11-28 10:47:00

Fransada vakansiya! 15 min nəfər əczaçıya ehtiyac var

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Fransada dərman qıtlığı ilə yanaşı əczaçı çatışmazlığı da gündəmdədir.

Fransa mətbuatının yazdığına görə, əlavə olaraq, 15 min nəfər əzcaçıya ehtiyac var. Fransanın Farmasevtlər İttifaqları Federasiyasının Prezidenti Filipp Bresset yerli “İnter” radiosuna müsahibə verən ölkədəki hər 3 aptekdən 2-nin işçi axtardığını bildirib. O, bunun “yaş primadası” məsələsindən də asılı olduğunu, təqaüdə çıxan işçilərin yerinə yenisinin gəlmədiyini bildirib. Fransa mətbuatının yazdığına görə, ölkənin farmakologiya fakültələrində də 1100 tələbə yeri boş qalıb.

Həmçinin, Kovid-19 pandemiyasının yaratdığı böhran nəticəsində xəstəxanalarda həkimlər və baxıcılar, apteklərdə isə dərmanlar çatışmır.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR