Fransada Makronla bağlı araşdırmaya başlanıldı

2022-11-25 00:16:00

Fransada Makronla bağlı araşdırmaya başlanıldı

Fransada prezident Emmanuel Makronun 2017-ci ildəki seçki kampaniyası ilə bağlı araşdırma başlanıb.

Bu barədə "Le Parisien” qəzeti məlumat yayıb.

ABŞ-ın "McKinsey” konsaltinq şirkəti Emmanuel Makronun seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə şübhəli bilinib və bu işlə bağlı araşdırma başlayıb.

Nəşrin məlumatına görə, ilkin olaraq mart ayında Senatın hesabatından sonra başlayan araşdırma özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi faktları üzrə aparılıb.

Şirkətin Fransa ofisi son 10 ildə vergidən yayınmaqda şübhəli bilinir.

İstintaq Makronla "McKinsey” firması arasında əlaqələrin olduğunu bildirib.

Prokurorluq faktlarla əlaqədar araşdırmaya başlayıb. \\Qaynarinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.359142