Saat:21:21
Haqqımızda

Fransada küçələr su altında qaldı, metro bağlandı - VİDEO

2022-08-17 00:18:00

Fransada küçələr su altında qaldı, metro bağlandı - VİDEO

İsti dalğanın təsiri altında olan Fransanın paytaxtı Parisdə bu gün leysan yağış və fırtınadan sonra qəfil daşqınlar yaşanıb.

Fransanın paytaxtı Parisdə günorta saatlarında yağan leysan yağış səbəbiylə yaranan daşqınlar həyatı iflic edib.

Meteorologiya xidməti Meteo France Parisdə böyük daşqın gözlənilməsə də, güclü yağış səbəbindən bəzi metro stansiyaları müvəqqəti bağlanıb, bir çox küçələr su altında qalıb.

Cənub-qərb bölgəsində Aude, Aveyron, Qard, Herault və Tarn bölgələrində tufan və güclü yağış riski ilə bağlı narıncı xəbərdarlıq elan edilib. Parisdə sarı həyəcan siqnalı ilə fırtınalı leysan gözlənildiyi bildirilib. Xüsusilə cənub-şərq bölgəsində güclü külək və leysan xarakterli dolu olacağı, ölkənin digər ərazilərində isə leysan xarakterli yağışın müşahidə olunacağı bildirilib.

 

Konkret

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR