Saat:19:17
Haqqımızda

Fransada istilər ölümlərə səbəb olub

2025-07-02 14:54:20

Fransada istilər ölümlərə səbəb olub

Hurriyyet.az xəbər verir ki, Fransanın Avropa hissəsini bürümüş güclü istilər nəticəsində iki nəfər vəfat edib.
Ekoloji keçid naziri Anyes Panye-Ryunaşe Parisdə keçirilən mətbuat konfransında deyib: "İstilərlə əlaqədar iki ölüm hadisəsi qeydə alınıb".
Bəzi bölgələrdə temperatur 41 dərəcəyə çatıb.
İstidən halı pisləşən 300 nəfərdən artıq şəxsə təcili tibbi yardım göstərilib.
Nazirin sözlərinə görə, ötən iyun ayı Fransa tarixində qeydə alınan ikinci ən isti iyun ayı olub - yalnız 2003-cü orta temperatur göstəricisi builkindən yuxarı olub. 
İyulun 1-də temperatur zirvə həddinə çatıb. Yaxın günlərdə temperaturun bir qədər azalacağı gözlənilir.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220702