Fransa Zəngəzurda fəxri konsulluq açır
2025-05-29 18:24:05
Hurriyyet.az xəbər verir ki, iyunun 2-də Ermənistanın Gorus şəhərində Fransanın fəxri konsulluğu açılacaq.
Ermənistan mediasının məlumatına görə, konsul vəzifəsini Gorus Frankofoniya Mərkəzinin rəhbəri Karmen Apunts icra edəcək.
Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxış edən zaman belə bir planın olduğunu bildirmişdi.
Hürr Tərcüman
