Fransa yenə "suyu bulandırır"...

Fransa Xarici İşlər Nazirliyi, gözlənildiyi kimi, Azərbaycanın anti-terror əməliyyatına “ilk reaksiya” verənlərdən biri oldu.
Belə ki, Fransa hökuməti BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib və heç bir bəhanənin hərbi işğala haqq qazandıra bilməyəcəyini vurğulayıb.
Əlbəttə ki, fransızlar separatçı qruplaşmanı dəstəkləməklə və Azərbaycanı pisləməklə aydın və gözlənilən funksiyanı yerinə yetirirlər - nüfuzdan düşmüş Rusiya fonunda Ermənistanın ictimai müttəfiqi kimi çıxış etmək, problemin gərginləşməsini və güc yolu ilə həllini sürətləndirmək və nəticədə, separatçıların təslim olması, sonra isə ABŞ ilə birlikdə “sülhməramlı” prosesinə rəhbərlik etmək.
Bu durumda təmsil etməyə iddiaçı olduqları separatçı qruplaşmanın və Ermənistanın özünün maraqları onlar üçün ikinci dərəcəlidir. Szösüz ki, Paris bununla bölgədə təsir rıçaqlarını itirməməyə çalışır. Fəallığı da bu üzdəndir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya