Fransa Xaçatryanı Ermənistana vermədi - SƏBƏB

2022-11-22 14:01:00

Fransa Xaçatryanı Ermənistana vermədi - SƏBƏB

Fransa Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Hurriyyet.az-ın məlumatına görə, Azatutyanın Ermənistanın Baş Prokurorluğuna verdiyi cavabdan aydın olur ki, İrəvan Parisdən rədd cavabını təxminən bir ay əvvəl alıb.

Avropa və Fransa Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə bildirib ki, beş ay əvvəl məhkəmə orqanları Xaçatryanın ekstradisiyası ilə bağlı müraciətə mənfi rəy veriblər. Xaçatryanın ekstradisiyasının onun üçün son dərəcə ağır nəticələrə səbəb ola biləcəyi ilə bağlı bu qərarın verildiyi qeyd olunub.

Qeyd edək ki, Surik Xaçatryan və əlaqəli şəxslərin təxminən 19,1 milyard dram dəyərində qeyri-qanuni mənşəli əmlak və aktivlərinin müsadirə edilməsi ilə bağlı işlərə başlanılıb. Xatırladaq ki, Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan da Ermənistan polisi tərəfindən həbs edilib. Belə ki, o, saxta pasport istifadə etməkdə, həmçinin qətl hadisəsində ittiham olunub.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.124031