Fransa səmasında da naməlum obyekt göründü

2023-02-13 15:21:00

Fransa səmasında da naməlum obyekt göründü

ABŞ-dan sonra Fransa səmasında da naməlum obyekt görünüb. 

Hurriyyet.az xarici mətbuata istinadən xəbər verir ki, sonradan obyektin kiçik ölçülü meteorid olduğu müəyyən edilib. 

Kosmosdan gələn parlaq "odlu şar" 1 metr uzunluğa malik olub. Bildirilib ki, onun yerə düşməsi öncədən proqnozlaşdırıla bilən olsa da, bu kiçik kosmik cismin ölçüsü nəzərə alınarsa, onun yerə çırpılmasından əvvəl görünməsi təəccüblüdür. 

Qeyd edək ki, bundan əvvəl ABŞ səmasında da naməlum obyekt peyda olmuşdu. Onun Çinə məxsus casus şarı olduğu aşkarlandıqdan sonra vurulduğu barədə məlumat verilmişdi. 

modern.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.349034