Fransa səfiri İran XİN-ə çağrıldı

2023-01-04 22:16:00

Fransa səfiri İran XİN-ə çağrıldı

Hurriyyet.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Nasir Kənani bu gün Fransanın Tehrandakı səfiri Nikol Roşun idarəyə çağrıldığını, “Charlie Hebdo” (“Şarli Hebdo) qalmaqallı jurnalında İran hakimiyyəti ilə bağlı karikaturalara görə ona etiraz notasının təqdim edildiyini bildirib.

Nasir Kənani deyib: “İran İslam Respublikası üçün öz islami, dini və milli dəyərlərinin və müqəddəslərinin təhqir edilməsi qəbuledilməzdir və Fransa söz azadlığı adı altında başqa müsəlman ölkələri və xalqları üçün də müqəddəs olan dəyərlərin təhqir edilməsini doğrultmaq haqqına malik deyil”.

Nikol Roşa İran XİN-in təmsilçisi ilə söhbəti zamanı etiraz notasını rəsmi Parisə təqdim edəcəyini bildirib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151017