“Fransa Qafqazda Rusiyanı əvəz eləməyə, Malinin əvəzinə Ermənistanı almağa çalışır” – Markov

2022-11-16 15:12:00

“Fransa Qafqazda Rusiyanı əvəz eləməyə, Malinin əvəzinə Ermənistanı almağa çalışır” – Markov

Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov Fransa Senatının Azərbaycana qarşı qəbul elədiyi ədalətsiz qətnamə barəsində öz “Feysbuk” səhifəsində şərh yazıb. Şərhdə deyilir: “Fransa Senatı Dağlıq Qarabağın (artıq keçmişdə qalmış separatçı qurum – red.) müstəqilliyini tanımağa, Azərbaycanı öz ordusunu (öz ərazisindən – red.) çıxarmağa çağıran və Azərbaycana qarşı sanksiyalar qoymağı təklif edən qətnamə qəbul edib. Bu, Azərbaycana zərbədir.  

Bu, Rusiyaya da zərbədir. Makron Ermənistanın müttəfiqi kimi Rusiyanı əvəz eləmək istəyir. Rusiya Fransanı Malidə, Mərkəzi Afrika Respublikasında əvəz edib. İndi Makron Fransanı əsas ermənipərəst ölkə etmək, ordusunu Cənubi Qafqaza göndərmək və Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Bu yolla Makron Mali ilə Mərkəzi Afrika Respublikasını Ermənistana dəyişir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.119531