Saat:10:15
Haqqımızda

"Fransa prezidenti telefon söhbətində Putinə az qala yalvarıb" - ELXAN ŞAHİNOĞLU

2022-06-30 13:40:00

"Makrona ötürülən kəşfiyyat məlumatları yanlış olub, buna görə də Fransa kəşfiyyatının rəhbəri müharibədən sonra vəzifəsindən istefa verib"

"Fransa nəşrlərindən biri Rusiyanın Ukryanaya hərbi müdaxiləsindən 4 gün əvvəl, yəni 20 fevralda iki ölkənin prezidentinin telefon danışığının stenoqramını yayıb. Telefon zənginin təşəbbüskarı Fransa prezidenti Emmanuel Makron olub. O telefon söhbətində bölgədə gərginliyi azaltmaq məqsədi ilə Kiyevlə danışıqları bərpa etməklə bağlı rusiyalı həmkarı Vladimir Putinə az qala yalvarıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Makron hətta Putinə söz verib ki, yaxın günlərdə onunla ABŞ prezidenti Co Baydenin görüşünü təşkil etməyə hazırdır: "Vladimir Putin telefon danışığı boyu Makrona yalançı vədlər verir. Məsələn, deyir ki, təlimlər bitdikdən sonra Ukrayna ilə sərhəddən Rusiya qoşunlarını geri çəkəcək, guya o dialoqda maraqlıdır və s. Ancaq indi artıq bəllidir ki, Putin Makronla telefonla danışdığı gündən əvvəl Ukraynaya qarşı işğala başlayacağına qərar vermişdi. Makron Putinin belə bir qərarı verdiyini əvvəlcədən bilsəydi, Kreml sahibini uzun-uzadı niyə dilə tutmağa çalışıb? Deməli, Makrona ötürülən kəşfiyyat məlumatları yanlış olub. Elə buna görə, Fransa kəşfiyyatının rəhbəri müharibədən sonra vəzifəsindən istefa verib".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Fransa prezidenti Putinin müharibə qərarını aylar və ya həftələr öncə verdiyini bilsəydi, fevralın 20-dəki telefon danışığında ona yalvarmaz, əksinə mümkün müharibənin Rusiya və şəxsən Putin üçün ağır nəticələri olacağını diplomatik dildə izah edərdi.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR