Saat:08:34
Haqqımızda

Fransa parlamenti evtanaziya qanununu qəbul etdi

2025-05-27 23:53:04

 Fransa parlamenti evtanaziya qanununu qəbul etdi

Fransa parlamenti evtanaziya və palliativ qayğı haqqında qanun layihələrini səs çoxluğu ilə qəbul edib.
Bu barədə “Ouest France” məlumat yayıb.
Bildirilib ki, Fransa Milli Assambleyasının 305 üzvü həkimlərin köməyi ilə könüllü həyatdan köçməyi dəstəkləyib, 199 deputat isə əleyhinə çıxış edib. Təsdiqləndikdən sonra qanun layihələri Fransa parlamentinin yuxarı palatası olan Senata göndərilib.
Qeyd edək ki, evtanaziya qanunu hazırda Belçika, Hollandiya və Kanadada qüvvədədir. 2023-cü ilin aprelindən Hollandiyada evtanaziya qanunvericiliyi 12 yaşdan kiçik uşaqlara şamil edilir.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron evtanaziya ilə bağlı referendumun keçirilməsinə icazə verib.  \\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.252069