Saat:04:44
Haqqımızda

Fransa Londona Bakıda zərbə vurmaq istəyir – Danielyan

2022-11-29 10:57:00

Fransa Londona Bakıda zərbə vurmaq istəyir – Danielyan

Fransa Azərbaycandan nə isə qoparmayana qədər sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan Fransanın antiazərbaycan siyasəti ilə bağlı qeyd edib.

“Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla investisiyaları nəzərə almasaq, “British Petroleum” ölkəyə 80 milyard dollara yaxın sərmayə qoyub. Buna Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsi də əlavə edilməlidir və bunun üçün Böyük Britaniyanın türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək və Rusiya və İrandan yan keçəcək Zəngəzur dəhlizinə ehtiyacı var.

Onu da nəzərə alaq ki, 2020-ci il müharibəsindən sonra noyabr ayında Türkiyəyə 18 milyard, eləcə də hərbi sektora 100 milyon əlavə sərmayə qoyulmuşdur. 44 günlük müharibənin uğurlu kampaniyasının nəticəsi... Bu, Qarabağ müharibəsinin geosiyasi səbəblərindən sadəcə biridir.

İndi Fransaya gələk. Fransanın “Total” şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə 3 milyard sərmayə qoyub (Azərbaycan isə Fransaya təxminən 6 milyard dollar sərmayə yatırıb), həmçinin 2017-ci ildə “Total” İrana 4,8 milyard investisiya yatırıb. Trampın nüvə proqramından çıxmasından sonra Fransa özünü qurban hesab edir.

Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb. Fransa Azərbaycandan nəsə qoparmayana qədər, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.

Bu, sadəcə biznesdir, qeyri-adi heç nə yoxdur, insanlar bizneslə məşğuldurlar, amma bunu kütləyə necə izah etmək olar?” - deyə o bildirib.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR