Saat:07:01
Haqqımızda

"Fransa ilə ABŞ arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var" - ELXAN ŞAHİNOĞLU

2022-12-01 12:02:00

"Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir"

"Fransa prezidenti Emmanuel Makronun ABŞ-a 5 günlük rəsmi səfəri başlayıb. Makronun səfəri dekabrın 3-də bitəcək. Ağır səfər olacaq, çünki Parislə Vaşinqton arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir: "Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılmışdı. Paşinyan "görüşdə Makron da iştirak etsin" tələbini gündəmə gətirməklə Brüsselin vasitəçiliyinə zərbə vurdu. Çünki İlham Əliyev Brüsseldəki görüşdə Makronun iştirakının əleyhinədir. Fransalı jurnalistlərdən biri gərək Makronun özündən soruşa ki, ağır Vaşinqton səfərindən dərhal sonra Paşinyanın tələbiylə Brüsselə getməyə hazırdırmı?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR