Saat:18:11
Haqqımızda

Fransa həkimləri vətəndaşlara müraciət elədi: “İspanlar kimi yaşayın”

2022-08-12 19:59:00

Fransa həkimləri vətəndaşlara müraciət elədi: “İspanlar kimi yaşayın”

Hurriyyet.az Haber Qlobal kanalına istinadla xəbər verir ki, həddən artıq isti havaların hökm sürdüyü Fransada həkimlər vətəndaşlara ispanların vərdişləri ilə yaşamağı tövsiyə ediblər. Fransada havların həddindən artıq isti keçməsi insan ölümlərinə səbəb olub. Fransa Meteorologiya İnstitutu ölkədə “narıncı təhlükə siqnalı” verib. Həkimlər isə vətəndaşlara isti havalara davam gətirməklə bağlı bəzi tövsiyələr veriblər.

Bunlarına arasında ən çox diqqət çəkəni isə fransızlara cənublu qonşuları ispanların həyat tərzlərini mənimsəmək məsləhəti olub.

Həmin tövsiyələr bunlardır:

İspaniyada olduğu kimi günortadan sonra 'siesta' fasiləsi verin. Temperaturun ən yüksək olduğu bu saatlarda mağazalar bağlanır, axşamlar isə mağazalar açıq olur.

İspanlar kimi axşam yeməyini gec – havanın temperaturu düşəndən sonra yeyin. Fransada şam yeməyi adətən axşam 19-20 arasında yeyilir. İspaniyada axşam saat 22:00-da yeməyə üstünlük verilir.

Dehidrasiyaya diqqət edin Tez-tez su için.

Başqa bir həkim isə günorta 12-də axşam saat 5-ə qədər bayıra çıxmamağı məsələhət görüb.

Başqa bir həkim isə həmin saatlarda çimərliklərin də bağladılmasını təklif edib.

Tünd rəngli paltarları geyinməmək də məsləhət görülüb.

İspaniyanın Baş naziri Pedro Sançes isə vətəndaşlara yay fəslində qalstuk bağlamamağı məsləhət görmüşdü.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR