“Fransa Azərbaycan kimi sülhsevər ölkəni təqib etməkdənsə bütün səylərini İrana qarşı yönəltməlidir” - Reyçel Avraam

2022-11-18 22:03:00

“Fransa Azərbaycan kimi sülhsevər ölkəni təqib etməkdənsə bütün səylərini İrana qarşı yönəltməlidir” - Reyçel Avraam

Bu yaxınlarda Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiqini nəzərdə tutan qətnamə qəbul etdi. Qətnamənin leyhinə 295 senator səs verdi. Qətnamədə Ermənistana “hücumlara” və “Qarabağa təcavüzə” görə Bakıya qarşı sanksiyalar təklif edilir.

Sözügedən mövzu ilə bağlı Beynəlxalq Diplomatiya, Tədqiqatlar, İctimai Əlaqələr və İnsan Hüquqları Mərkəzinin politoloqu Reyçel Avraam maraqlı fikirlər səsləndirib: “Bu hadisələrdən sonra rusiyalı analitik İqor Korotçenko Fransa Senatının adının dəyişdirilməsini və “Fransa erməni diasporunun senatı” qoyulmasını təklif etdi. Son vaxtlar “pul iyi gəlmir”. Görünür, qətnamənin leyhinə səs verən senatorların hər biri bu tezisi rəhbər tutub. Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərə məsləhətçi işləyirlər. Bunu bilmək üçün Sarkozi nümunəsinə baxmaq kifayətdir. O, prezident kimi Liviyadan rüşvət alıb, bəs Makron?

İranlı Xristian lideri Pastor Səid Abedini deyib: “Mən İranda insan haqlarının vəziyyəti ilə bağlı Qərbin siyasətindən çox məyus oldum. Ötən il inqilaba çevrilən qanlı küçə etirazlarında 2000-dən çox insan ürəyindən və başından güllələndi. Onlar əsasən azyaşlılar və bakirələr idi. 20.000-dən çox insan, o cümlədən əmim oğlu Məhəmməd və Nazarin həbs olunub. Onların hamısı dəhşətli fiziki, emosional və cinsi işgəncələrə məruz qalıb. Lakin Qərb bunu şifahi şəkildə pisləsə də, heç vaxt tədbir görmür”.

Hesab edirəm ki, Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etmək yerinə nüvə proqramı quran, müntəzəm olaraq “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirən İrana qarşı əlavə sanksiyaların tətbiqinə səs verməli idi. Üstəlik Avropanın Ukraynadakı müharibənin yaratdığı qaz çatışmazlığını həll etməli olduğu bir vaxtda Azərbaycan qazı və nefti bu problemin həlli üçün geniş imkanlar yaradır.

İranda qadınlar qərb paltarı geyinmək hüququ tələb etdikləri üçün öldürülürlər, amma Fransa hökuməti bunun əvəzində qadınların istədikləri kimi geyinməkdə azad olduqları bir ölkəyə, yəni Azərbaycana qarşı sanksiya tətbiq etmək qərarına gəlir. İranda insan haqlarının vəziyyəti hər gün pisləşir. Fransa niyə buna qarşı silaha sarılmır?

Yerli İran kürd dissidenti Çiman O Salah deyib: “İranda nümayişlər artdıqca, Tehranın etnik azlıqlara qarşı zorakılığı güclənir. Çünki kürdlər, azərbaycanlılar, türkmənlər və sair kimi azlıqlar olmasa, İran dövlət olmaqdan çıxacaq. Beynəlxalq ictimaiyyət hərəkətə keçməsə, minlərlə insan edam oluna bilər”.

İranlı siyasi nəzəriyyəçi və təhlükəsizlik analitiki doktor Reza Parçizadənin fikrincə rejimin çarəsizliyi o həddə çatıb ki, Tehran qonşu İraqın suverenliyini açıq şəkildə pozur: “Dünya səhnəsində İran xalqının İslam Respublikasına qarşı kütləvi nümayişləri, mübahisəli nüvə danışıqlarında rejimin Qərbə qarşı mövqeyini ciddi şəkildə sarsıdıb. Buna görə də, rejim çarəsizlikdən nüvə silahının istehsalını sürətləndirə bilər”.

O əlavə edib: “Vaşinqton İran xalqına islamçı rejimi devirmək və demokratiya qurmaq üçün müdaxilə etməlidir. Çünki bu, ABŞ və onun regional müttəfiqlərinin maraqlarına cavab verir. Əgər İranda qərbyönlü bir demokratiya hakimiyyətə gəlsə, o, mövcud rejimin qlobal terror kampaniyasını dayandıracaq. Rusiya və Çini Qərbə qarşı əməkdaşlığı dayandırmağa məcbur edəcək, İsraillə ərəblər arasında barışığa cəhd göstərəcək və nəhayət əbədi qeyri-sabitlik təmin olunacaq”.

Ona görə də Fransa Azərbaycan kimi sülhsevər bir ölkəni təqib etmək əvəzinə bütün səylərini İran İslam Respublikasına qarşı yönəltməlidir. Dünya Tehrandakı mollalara qarşı birləşməli, Azərbaycanı və bu dəhşətli rejimə qarşı mübarizənin önündə gedən digər ölkələri gücləndirməlidir Beləliklə, senatın bu yaxınlarda qəbul etdiyi qətnamə erməni diasporunun Fransanın milli maraqlarından nə qədər uzaq olduğunu sübuta yetirir. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191052