“Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirir”

2022-11-28 15:23:00

“Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xələl gətirir”

“Fransa açıq-aşkar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirir və Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra sülhün bərqərar olması və bərpa səylərini ciddi şəkildə təhlükə altına qoyur”.

Hurriyyet.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Tahi Ayhanın Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.

İKGF prezidenti Azərbaycan hökumətinin və təşkilata üzv olan digər dövlətlərin Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirdiyini və qətiyyətlə dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, bu, bütün regionun iqtisadi inkişafı və mədəni inteqrasiyası üçün böyük imkanlar yaradacaq. Digər tərəfdən, İKGF prezidenti Fransa kimi üçüncü tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması prosesini pozmağa yönəlmiş və Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyətini ciddi şəkildə təhlükə altına qoyan “səylərindən” narahatdır.

Təşkilat rəhbəri Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnaməni bu dövlətin islamafob yanaşmasının növbəti təzahürü kimi pisləyib.

O hesab edir ki, həmin qətnamənin müddəaları Fransa Senatının tarixi həqiqətlərə qərəzli münasibətini təsdiqləyən, həqiqətdən tamamilə uzaq birtərəfli siyasi mövqeni nümayiş etdirir.

T.Ayhan Fransa parlamenti və hökumətinə bədnam qırğınlar, imperialist müstəmləkəçiliyin qəddarlığı və müsəlmanlara qarşı islamofob siyasəti ilə zəngin tarixlərinə yenidən baxmağı, ona sərhədlərindən kifayət qədər uzaq bir bölgədə sülhməramlı kimi çıxış etməməyi tövsiyə edib. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.203178