Saat:11:25
Haqqımızda

Fransa ABŞ-a illər əvvəl Vuhan laboratoriyası haqda xəbərdarlıq etmişdi

2021-07-30 15:25:00

Fransa ABŞ-a illər əvvəl Vuhan laboratoriyası haqda xəbərdarlıq etmişdi

ABŞ “liderləri” Vuhan Virologiya İnstitutunda xaosun potensialını yaxşı bilirdilər, çünki Fransa 2015-ci ildə bu obyektin təhlükələri, təhdidləri, qırmızı bayraqları barədə məlumat vermişdi.

Mənbələrə görə, Fransa rəsmiləri, Çinin onların bu obyektin üzərində işləmək və tikməsi ilə bağlı fəaliyyətinə son verilənə qədər, daha doğrusu qovulana qədər artıq narahatçılıqlarını bəzi yerlərə çatdırmışdılar. .

Çin Kommunist Partiyasının bu institutun laboratoriyasında etdiyi əməllərin məqsədlərinin yaxşı olmadığını anlamaq üçün kəşfiyyat eksperti olmaq  lazım deyil.

Dövlət Departamentinin keçmiş rəsmisi, hazırda isə Hudson universitetinin “think-tank”-beyin mərkəzinin baş elmi işçisi Devid Aşer “Daily Caller News Foundation”a Covid-19 yoluxması, eləcə də fumiqasiyanın (zərəverici bakterfiyaların xüsusi avadanlıqla məhv edilməsi) maliyyələşdirilməsində Fauçinin potensial rolu barədə bildirib ki, 2015-ci ildə fransız kəşfiyyatçıları ABŞ Dövlət Departamentinə və xarici işlər nazirliyinə Çinin Vuhan laboratoriyasında Fransalı əməkdaşlarla razılaşdırılmış əməkdaşlığı azaltmasına dair xəbərdarlıq etdilər. Yəni Çin rahat işləmək üçün fransız əməkdaşları «gözümçıxdıya saldı» və qovdu. Aşerin sözlərinə görə, fransızlar 2017 -ci ildə obyektdən "qovuldu" və əməkdaşlıq dayandırıldı, bu da Fransa rəsmilərinin Çinin məqsədləri ilə bağlı əsaslı narahatlıqlarını Dövlət Departamentinə bildirməsinə səbəb oldu.

Çin Ümumdünya Səhiyyə Təşkilatı təhqaqatçılarını laboratoriyaya buraxmaqdan imtina etdi və onlara bu ilin ilk ziyarətindən sonra təhqiqat üçün geri gəlməyə icazə verilməyəcəyi bildirildi. Bu təhqiqatçılar iddia etdilər ki, Çin hökuməti onlara qanuni araşdırma aparmağa imkan vermədi və yalnız laboratoriyalara icazəli ziyarətlər zamanı nəyi görməyə icazə verirdisə, eyni şeyləri görmələrinə icazə verdi.

Çin, ortaya heç bir sübut qoymadan yoluxmanı ABŞ-ın boynuna atmağa çalışdı.

ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesusun dediyinə görə, bu ilin əvvəlində COVID-19 mənbəyini araşdırmaq üçün Çinə səfər edən beynəlxalq qrup məxfi məlumatlara giriş əldə etməkdə çətinlik çəkdi. Yəni Çin hökuməti tərəfindən göz görə-görə maneə yaradıldı.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR